Rusiya XİN: “Rusiya Qarabağ münaqişəsinin həlli üçün lazım olan hər bir şeyi etməyə hazırdır”

Rusiya XİN: “Rusiya Qarabağ münaqişəsinin həlli üçün lazım olan hər bir şeyi etməyə hazırdır”

\"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişin əldə olunması üçün lazım olan hər bir şeyi etməyə hazırdır\". SİA-nın "Komsomolskaya Pravda" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Departament direktoru Andrey Kelin Rusiyanın Kazan şəhərində bu ölkənin prezidentinin vasitəçiliyi ilə baş tutacaq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirərəkən deyib: "Amma irəliləmək üçün hər şey tərəflərin iradəsindən asılıdır",- deyə o, əlavə edib.

Prezidentlərin görüşünə gəlincə Kelin vurğulayıb ki, hazırda görüşə hazırlıq işləri gedir: "Hazırda prezidentlər bu iş üzərində işləyir, onlar üçün xarici işlər nazirləri müvafiq materialları hazırlayır. Eyni zamanda biz hazırlıq məsələlərində də yaxından iştirak edirik. Bu çox ciddi və həssas işdir".

Bütün xəbərlər Facebook səhifəmizdə