Ermənistanın hərbi istintaq idarəsində istefa paradı başlayıb. SİA xəbər verir ki, bu haqda ölkənin “Jovohurd” qəzeti yazır.
Qəzetin yazdığına görə, istintaqçılar problemlərlə qarşılaşırlar və ayrı çıxış yolu olmadığı üçün işlərindən ayrılmaq qərarı verib, istefa ərizələri yazırlar. Belə ki, istintaqçılar idarə rəislərinə ərizələrini təqdim edərkən bildirirlər ki, artıq belə bir şəraitdə işləyə bilmirlər, çünki onlarda minlərlə cinayət işləri var və bu işlərin hamısının öhdəsindən gəlmək qeyri-mümkündür.
“Bugünlərdə İcevanın xüsusi işlər üzrə müstəntiqi Aykaz Melkonyan işdən getməsi ilə bağlı ərizə yazıb və onu nə qədər öz işində qalmağı inandırmağa çalışsalar da o öz fikrindən daşınmayıb. Bir çox hərbi müstəntiqlər prokurorluğa keçiblər, belə ki, onlar prokurorluq işinin daha sakit və asan olduğunu hesab edirlər”, deyə erməni nəşri yazır.
“Johovurd” əlavə edir ki, bundan əlavə, istintaqçılar öz rəhbərliklərinə 10 gündən çoxdur cinayət işləri üzrə hərəkətə keçə bilmədiklərini deyirlər və bildirirlər ki, prokurorluq xidməti araşdırmalar təyin edir və bu zaman prokurora izah edəndə ki, onların əllərində minlərlə cinayət işi var və onları başa çatdırmaqda çətinlik çəkirlər, bu zaman prokurorluqdan onlara yeni ştatların açılması üçün hökumətə müraciət etmələri tövsiyə edilir.
“Bütün bunların reallıq olmadığını anlayan istintaqçılar situasiyadan yeganə çıxış yolunu işdən ayrılmaları ilə bağlı ərizə yazmaqda görürlər”, adıçəkilən erməni nəşri yazır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB