Türkiyənin HDP partiyası bağlanma təhlükəsindən qurtulmaq üçün Konstitusiya Məhkəməsində özünü müdafiə etməyə hazırlaşır. Partiya vəkilləri, mütəxəssis konstitusiya vəkillərinin müşayiəti ilə, bağlama işində əsaslı müdafiə etmək üçün Baş Prokurorluğun ittiham aktını araşdırmağa başlayıb. Bundan əlavə, partiyaya daxili və xarici dəstək vermək üçün səlahiyyətli komitələr səfərbər edilib.
Partiyanın xarici əlaqələr komissiyasının və qeyri-hökumət təşkilatlarının üzvləri Avropadan sonra ABŞ-la sıx əməkdaşlığa başlayıblar. 20-25 İyun tarixləri arasında HDP Xarici Əlaqələr Komissiyasının həmsədri Diyarbəkirdən millət vəkili seçilən Hişyar Özsoy və Batman Xarici Əlaqələr Komissiyası həmsədrinin müavini Feleknas Uca Avropa Şurasında rəsmi görüşlər keçirib. Avropa Şurasının baş katibi Marija Pejcinovic Buric və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Başçılığı da daxil olmaqla çoxsaylı əlaqələrdə olan Özsoy və Uca, HDP-nin bağlanması məsələsinə diqqət çəkib və iddialarını gündəmə gətirib, demokratiya və insan hüquqlarının pozulduğunu qabardıb.
Öz səfərləri barədə mediaya danışan Özsoy HDP-nin fraksiya rəhbəri Meral Danış Beştaş, həmsədr Garo Paylan və Vaşinqton nümayəndəsi Giran Özcan ilə Avropa ölkələrini və ABŞ-ı ziyarət etdiyini bildirib: “Biz Bayden hökumətinin nə etməyə çalışdığını anlamağa cəhd göstəririk. Səfərlərimiz çərçivəsində həm rəsmi, həm də qeyri-rəsmi görüşlər keçirdik. Öz fikirlərimizi çatdırmaq imkanımız da oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB