Los-Ancelesin dörd sakini COVID-19 yardım fondunun vəsaitlərini ələ keçirmək, mənimsəmək məqsədilə törətdikləri fırıldaqçılıqda təqsirli bilinirlər. SİA xəbər verir ki, bu barədə Kaliforniya Mərkəzi Bölgəsi prokurorluğu məlumat yayıb.
Məlumatda qeyd olunur ki, təqsirləndirilən şəxslər fırıldaqçılıqla əldə etdikəri milyonlarla vəsait hesabına lüks evlər, zinət və digər əşyalar satın alıblar.
Prokurorluğun verdiyi məlumata görə, bunlar, təqsirləndirilənlər arasında Qlendeyl şəhərindən olan 42 yaşlı Riçard Ayvazyan, arvadı 37 yaşlı Marietta Terabeliyan, qardaşı, 41 yaşlı Artur Ayvazyan və 41 yaşlı Vaqe Dadyan da var.
Səlahiyyətli şəxslər, şübhəlilərin saxta və ya oğurlanmış şəxsiyyət vəsiqələrindən istifadə edərək fondun vəsaitlərini ələ keçirdiklərini bildirirlər. Onlar bu yolla nəticədə 18 milyon dollardan çox vəsait ələ keçiriblər. Qeyd olunur ki, onlar ələ keçirdikləri vəsaitlərə Qlendeyl, Tarzan və Palm-Desertdə lüks evlər alıblar və vəsaitlərin qalan hissəsini isə bahalı saatlar, zinət əşyaları və geyimlərə xərcləyiblər.
Onlar bank işi və elektron fırıldaqçılıqda, çirkli pulların yuyulmasında təqsirli biliniblər. Federal münsiflər heyəti, müttəhimlərin bank hesablarını, zinət əşyalarını, saatlarını, qızıl sikkələrini, evlərini və təqribən 450 000 dollar nağd pulunu geri alıblar. Müttəhimlər artıq bu iş üzrə cinayət ittihamını qəbul ediblər.
Xatırladaq ki, xarici ölkələrdə ermənilərin belə maliyyə və digər fırıldaqçılıqlara yol vermələri birinci dəfə deyil. Dəfələrlə müxtəlif xarici ölkələrdə erməni əsilli vətəndaşlar barəsində cinayət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB