Türkiyənin baş nazirinin maşın karvanına hücum oldu - FOTOSESSİYA

Türkiyənin baş nazirinin maşın karvanına hücum oldu - FOTOSESSİYA

Türkiyədə seçkiqabağı vəziyyət getdikcə dramatikləşir, hətta bəzi bölgələrdə tərəflər arasında silahlı qarşıdurmalar da yaşanır. SİA-nın verdiyi məlumata görə, Hopa şəhərində hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğanın maşın karvanına silahlı basqın olub. Belə ki, baş naziriin də içində olduğu avtobusu müşayət edən maşın karvanı etirazçıların hücumuna məruz qalıb. Avtobusun üstündə olan təhlükəsizlik qrupunun əməkdaşı müvazinətini saxlaya bilməyərək yerə yıxılıb və arxadan gələn maşının altına düşüb.

Bu zaman gərginlik artıb, polis hadisənin nəzarətdən çıxmaması üçün havaya atəş açıb.

Qeyd edək ki, Hopada mitinq başlamamışdan əvvəl şəhərin küşələri döyüş meydanına çevrilib. ərdoğanın tərəfdarları ilə əlehidarları arasında əsl döyüş gedib. Polisin sərt müdaxiləsi mitinq başlayana qədər hadisələri nəzarətə almağa imkan verib.

Bütün xəbərlər Facebook səhifəmizdə