Sahibə Qafarovanın rəhbərliyi ilə MM-in nümayəndə heyəti Macarıstanda səfərdədir

Sahibə Qafarovanın rəhbərliyi ilə MM-in nümayəndə heyəti Macarıstanda səfərdədir

İyunun 28-də Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, “Budapeşt Liszt Ferenc” hava limanında nümayəndə heyətimizi Macarıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki, Macarıstan parlamentinin Parlamentlərarası əlaqələr üzrə departamentinin rəhbəri Layoş Kohari, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah MM-in nümayəndə heyətinin rəsmi görüşlərə başlayacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня