“Bu xalqa bizim heç bir etimadımız qalmayıb” - AÇIQLAMA

“Bu xalqa bizim heç bir etimadımız qalmayıb” - AÇIQLAMA

“Ermənistanın siyasəti həmişə məkrli olub və bu ölkə hər zaman Azərbaycana qarşı bu məkrli planları gizli saxlayıb. Vəziyyət yetişdikdə isə onlar bu məkrli planı işə salıb. Bunun nəticəsində, torpaqlarımız 30 il işğal altında qalıb. Ona görə də keçən əsrin əvvəllərində azərbaycanlıları kütləvi soyqırıma məruz qoyaraq, Xocalı soyqırımını törədiblər. Bu xalqa da, dövlətə də bizim heç bir etibarımız qalmayıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, onların bu siyasətinin qarşısını almaq üçün sözçülük məsələsi bitməlidir və bitib də: “Artıq, biz beynəlxalq sənədlərin dili və Ermənistanın imzası ilə ermənilərlə hər hansı bir iş birliyi qura bilərik. Bu işbirliyinin olması üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Belə çıxır ki, ermənilərin Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası hüquqi cəhətdən öz əksini tapmalı, sərhədlər müəyyənləşməli və Azərbaycan bayrağı Azərbaycan sərhədində dalğalanmalıdır. Birmənalı olaraq bizim mövqeyimiz bu olmalıdır. Cənab Prezident İlham Əliyev də həmişə bunları qeyd edir”.

Deputat sözlərinə belə davam edib: “Çünki, Ermənistanla Azərbaycanın sərhədləri müəyyənləşib bu məsələdəki narazılıqlar aradan qalxmayana qədər bizim Ermənistana heç bir etibarımız ola bilməz. Bundan sonra da Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh müqaviləsinin bağlanmasına ehtiyyac var. Bunu Cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, “Əgər, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, Azərbaycanla sülh müqaviləsi bağlamırsa, biz onlara necə etibar edib iş birliyi quraq?” Bunun üçün doğrudan da, Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh müqaviləsinə ehtiyyac yaranıb. Bu da sərhədlərin delimitasiyasından keçir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə