Əlaqələrin genişləndirilməsi müzakirə olunub - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillə görüşüb. Daimi nümayəndəlikdən SİA-ya bildiriblər ki, görüşdə ölkələrimiz arasında bir çox istiqamətlərdə, xüsusilə siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin, dostluq və əməkdaşlığın inkişafı, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişləndirilməsi, regional vəziyyət, qarşıda duran vəzifələr, qarşılıqlı rəsmi səfərlər və digər mövzular ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...