""Yazıqlar olsun, ayrı nə deyim?” - SƏDR MÜNASİBƏT BİLDİRDİ

""Yazıqlar olsun, ayrı nə deyim?” - SƏDR MÜNASİBƏT BİLDİRDİ

“Böyük sairimiz Bəxtiyar Vahabzadə vaxtilə Misirin Prezidenti Ənvər Sadata və İsrailin Baş Naziri Beginə Nobel Sülh mükafatının verilməsinə hiddətini bildirən şer yazmışdı. Orda bir misra yadıma düşdü. "Fitvasını verənin ağlı Ağ evdən gəlir!" Əli Kərimliyə də, milli olmayan "Milli Şura"ya da fitva Paşinyana fitva verənlərdir”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, demokratiya adı altında millətləri, cəmiyyətləri xaosa sürükləyib, sonra özlərinə tabe etdirmək istəyən qüvvələr orda paşikləri necə küyləyib ortaya atıblarsa, eyni üsulla da bizdəki paşikəbənzərləri eləcə küyləyirlər ki, Azərbaycanı da qarışdıra bilsinlər: “Ancaq, necə deyərlər, bizim cəmiyyət bunu "yeməz"! Biz başı daşdan-daşa dəfələrlə dəymiş xalqıq. Basımıza dəyən o daşlar bizləri elə bərkidib ki, Soros kimilərin oyunları bizə keçməyəcək, necə ki, iyirmi yeddi ildir keçmir. Sadəcə bu həqiqəti özünü siyasətçi adlandıran bizim buqələmunların anlaya bilməmələri təəccüblüdür. Otuz il müxaliflik edib, bir addım da irəli getməyən siyasətçidən də bundan artıq heç gözləməyinə dəyməz. Bir siyasətçi ki, xalqının düşmənini etalon kimi təqdim edirsə, onun siyasi düşüncəsinin hansı səviyyədə olduğunu anlamaq kifayətdir. Bu adamlar hələ də qanmırlar və qanmaq da istəmirlər ki, belə gedişlər onların onsuz da olmayan nüfuzlarını daha da mənfiyə endirir və yalnız xalqın özlərinə nifrətini artırmış olurlar. Yazıqlar olsun, ayrı nə deyim?”

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə