Baş nazir postuna namizədin avtomobili atəşə tutulub ERMƏNİSTANDA SEÇKİ İNSİDENTİ

“Demokratlar İttifaqı Şirinyan-Babajanyan” blokunun nümayəndəsi əmindir ki, mövcud seçkilər zamanı bu cür hadisələrin, insidentlərin, atışmanın qarşısını almaq mümkün deyil. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Demokratlar İttifaqı Şirinyan-Babajanyan” blokundan baş nazir namizədi Arman Babajanyan, avtomobilinin atəşə tutulduğunu özü açıqlayıb və bu barədə öz Facebook səhifəsində yazıb.

“Maşınımı vururdular. Bir qatil, bir oğru, bir mafioz azad olduqda və üstəlik seçkilərdə iştirak etdikdə, bu cür hadisələrin qarşısını ala bilməyəcəyik”, deyə Babajanyan öz Facebook səhifəsində qeyd edib.

O, siyasətçi hadisənin təfərrüatlarını bir az sonra izah edəcəyinə də söz verib.

Xatırladaq ki, 20 iyunda Ermənistanda erkən parlament seçkiləri keçirilir. Seçkilərdə iştirak etmək üçün, 21 partiya və 4 blok olmaqla 25 siyasi qüvvə qeydiyyatdan keçib. Seçki məntəqələri saat 08: 00-da açılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə