Qumaşyanın axtarışa verilməsinə Ermənistandan REAKSİYA

Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Koryun Qumaşyanı beynəlxalq axtarışa verib. Bu barədə hələ iki gün öncə - cümə günü Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. SİA xəbər verir ki, məsələyə Ermənistan tərəfi fərqli reaksiya verib.

Məlumatda bildirilir ki, Gəncə şəhər Hərbi Prokurorluğunda Qumaşyana qarşı Azərbaycan Cinayət Məcəlləsinin 120.2.12 (“Milli, irqi, dini nifrət və ya düşmənçilik motivi ilə qəsdən adam öldürmə”), 120.2.1 (“Bir qrup şəxs tərəfindən ilkin sui-qəsdlə törədilmiş qətl”), 120.2.7 (“ İki və ya daha çox şəxsin öldürülməsi”) maddələri ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə Qumaşyan beynəlxalq axtarışa verilib.

Buna səbəb Qumaşyanın "Nuhun Gəmisi" («Ноев ковчег») nəşrinə verdiyi müsahibə olub. Ehtiyatda olan zabit bildirib ki, rəhbərliyi altında olan əsgər və zabitlərlə birgə keçən ilin sonunda Bakının nəzarətinə keçən Laçın və Kəlbəcər bölgələrində təxminən 500-600 hektar ərazini minalayıblar və minaların ümumi həcmi 17 yük maşını olub.

Erməni mənbələr qeyd edir ki, Gumaşyanın verdiyi məlumatlar Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən təkzib olunmayıb. Onun sözlərinə rəsmi reaksiya verilməyib. Bu, onun göstərdiyi faktların baş verdiyini düşünməyə əsas verir. Laçın və Kəlbəcər bölgələrindəki son mina partlayışları nəticəsində insanların öldüyü və yaralandığı da təqsirləndirilən şəxslərin dediklərini təsdiqləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...