"Nikol-Anna cütlüyü erməni xalqını vecinə də almır" MİKAEL MİNASYAN

Nikol və Anna nəinki günahlarını boyunlarına almırlar, bu barədə danışmırlar, bunun necə baş verdiyini izah etmək istəmirlər, ümumiyyətlə, heç bir şey olmadığını iddia edirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan öz Facebook səhifəsində yazıb.

“Kampaniyanın yarısı başa çatıb. Mən artıq kəşf etdim ki, Ermənistanda ən böyük pislik hökm sürür. Nikol-Anna cütlüyü həqiqətən cəhənnəmlikdirlər, onlar erməni xalqını hesaba almırlar. Onlar nə etdiklərini sanki başa düşməyərək baş verənlərin və nəticələrin tam dərinliyini anlamadıqlarını, şəfqət, utanc və məsuliyyət hiss etmədiklərini, insan ləyaqətindən məhrum olduqlarını göstərirlər və heyvan kimi davranırlar.

Onlar insanların taleləri ilə oynadılar, iqtisadiyyatı məhv etdilər və sözün əsl mənasında, Ermənistanın məhvinə öz töhfələrini verdilər və bu fəlakət içində hələ təşviqat kampaniyası da həyata keçirib baş verənlər barədə bir söz belə demirlər.

Nikolun sitat gətirdiyi və güvəndiyi “xalq” artıq Ermənistanda yoxdur. Nikolanın həqiqətən gələcəyi yoxdur və bu məğlubiyyətdən sonra Anna və Nikolu cəzalandırılaraq bütün qanun qüvvəsini birləşdirmək lazımdır”, deyə Minasyan öz sosial şəbəkə hesabında yazıb.

Göründüyü kimi, Ermənistanda seçkilər yaxınlaşdıqca gərginlik daha da artır və təhqirlər, eləcə də təhdidlər müşahidə edilir. İşğalçı ölkədə vəziyyət heç də xoşagələn deyil və tərəflər bir-birini günahlandırır, mövcud vəziyyəti açıq-aşkar ortaya qoyur və Ermənistanın acınacaqlı vəziyyətini, eybəcərlikləri etiraf edirlər. Bu vəziyyət, böhran get-gedə dərinləşir, Minasyanın timsalında hər kəs günahkar kimi sayılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə