Son mərmilərini atırlar

Qərb tərəfindən dəstəklənən Liviya müxalifətinin vəziyyəti deyəsən, gərgindir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qərb yaxın müddət ərzində müxalifətçilərin əlində olan torpaqlarda neft emalı olmayacağını bildirib. Onu da bildirək ki, müxalifətin əlindəki neft ehtiyatı da tükənmək üzrədir.

Axırıncı dəfə Liviya müxalifəti aprel ayında ABŞ-ın "Tesoro" şirkətinə bir tanker neft satmışdı. Eyni zamanda da "Tesoro"-nun bu hərəkəti ilk dəfə müxalifətçilərin xaric ilə iqtisadi əlaqə qurmasına zəmin yaratmışdı.

Ərəb-Körfəz Birliyi ( Agoco ) Liviyanın Misir ilə sərhəddində yerləşən kiçik "Tobruk" limanında əlindəki son nefti satdığını bildirib.

Fevral ayında Liviyanın günlük 200 min barel neft ixrac edə bilən bölgəsi olan "Sarir" bölgəsini alan müxalifət bundan istifadə edə bilmir. Çünki Qəddafinin tərəfdarları oraya istənilən an zərbə vura bilir.

Müxalifətin neft və maliyyə naziri Əli Tarhuni Benqazidə verdiyi müsahibədə bunları deyib: " Neft ərazilərində təhlükəsizliyi təmin etdiyimiz gün ixraca başlayacayıq. Amma bu önümüzdəki 3 həftədə mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə