Baydenin qalmaqallı açıqlamasına Putinin reaksiyası İNGİLİSLƏR TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLDİ

Bir jurnalistlə söhbət zamanı Rusiya prezidenti Co Baydenin ona qarşı qalmaqallı açıqlamasına təəccüblənmədiyini və onsuz da hər tərəfdən hücumlara alışdığını qeyd etdi. SİA xəbər verir ki, “Daily Mail” oxucuları Vladimir Putinin Amerikanın NBC televiziya kanalına verdiyi müsahibəni şərh edib.

"Putinin Obamaya necə güldüyü məmin xoşuma gəlirdi və indi də o Baydenə gülür. Sadəcə onunla əylənirlər. Baydenin nə düşündüyü onun vecinə də deyil. Əslində, heç bütün dünyanın da vecə deyil”, deyə Facts Not Optional niki olan bir istifadəçi fikirlərini açıqlayıb.

"Putin təhqirlərə dözmür və ölkəsini müdafiə edir, liderlərimiz ondan çox şey öyrənə bilərdilər", deyə digər bir istifadəçi qeyd edir.

İstifadəçilərin əksəriyyəti, Baydenin dolaşıq və gülüş mənbəyi olduğunu, heç kimi tənqid etmək halında olmadığını, onun ruhsuz bir yalançı olduğunu, Putinin isə ağıllı olduğunu, fikirlərini də Baydendən fərqli olaraq ağılla, diqqətlə seçdiyini bildirirlər.

Xatırladaq ki, mart ayında ABŞ prezidenti bir jurnalistin, Putini qatil hesab edib etməməsi ilə bağlı sualına, müsbət cavab verib və Moskvanı seçkilərə müdaxilə etdiyi üçün cəzalandıracağı ilə hədələyib. Rusiya lideri də öz növbəsində amerikalı həmkarına can sağlığı arzulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...