“Qələbəmizə aparan yolun başlanğıcı 15 iyundan qoyulub” DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qələbəmizə aparan yolun başlanğıcı 15 iyundan qoyulub” DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“15 İyun Milli Qurtuluş Günü münasibəti ilə bütövlükdə dünya azərbaycanlılarını təbrik edirik. Bu gün ölkəmizi parçalamaqdan, dağılmaqdan ümumilikdə xalqımızın məhv olmasından qayıdış bir günüdür, dönüş bir günüdür. Ona görə də, bu günün adını Milli Qurtuluş Günü Azərbaycan tarixinə qeyd olunmuşdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Onun sözlərinə görə, müstəqilliyimizin ilk illərində Azərbaycan parçalanmaq astanasında idi və Ermənistan Azərbaycan ərazilərini edirdi və günbəgün bu işğalın həcmi və coğrafiyası artırdı: “Nəticədə siyasi hakimiyyətə gəlmək məqsədi ilə nəyin bahasına olursa-olsun min cür oyunlardan çıxan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində ölkəmizin 20 faiz torpaqları işğal olundu. Digər bir tərəfdən ölkəmizin ərazisində qondarma rejimlərin yaradılması, həm qondarma “talış muğam respublikası”nın yaradılması, şimal tərəfdə bəzi rayonlarımızı ayırmaq cəhdləri və digər bir tərəfdən də Gəncə ilə Bakı arasında olan qarşıdurma hansılar ki, onlarda öz məkrli niyyətlərinə çatmaq məqsədi daşıyırdılar. Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın baş verdiyi zamanda xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev bütün bu bəlalardan Azərbaycan xalqını qurtardı. Bu baxımdan 15 İyun Milli Qurtuluş Günü bugünkü güclü, qüdrətli Azərbaycanın başlanğıc nöqtəsidir. Heç şübhəsiz ki, 10 noyabr Vətən müharibəsindəki, parlaq qələbəmizə aparan yolun başlanğıcı məhz 15 İyun Milli Qurtuluş Günündən başlamışdır. Çünki həmin gün olmasaydı əlbəttə ki, bu gün hər hansısa bir zəfərdən, qələbədən danışa bilməzdik”.

Millət vəkili bildirdi ki, əgər Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə gəlməsəydi, xalq Onu özü üçün Lider seçməsəydi, xalqın təkidli tələbi olmasaydı, əlbəttə ki, bu gün Azərbaycanın mövcudluğundan danışmaq heç mümkün də olmayacaqdı: “Bu baxımdan, güclü və qüdrətli Azərbaycan, qalib Azərbaycan məhz elə 15 İyun 1993-cü ildən başlanan yol və məhz Ümummilli Lider Heydər Əliyev yolunu da ölkə Prezidenti İlham Əliyev müasir zamanın tələbi ilə inkişaf etdirilməsindən irəli gəlmişdir. Bu gün də Ulu Öndər Heydər Əliyev siyasətini Prezidentimiz İlham Əliyev yaşatmaqla, inkişaf etdirməklə bir daha göstərir ki, Ümummilli Lider Heydər Əliyev yolu, ideyaları və siyasəti alternativsizdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə