Britaniyalı parlamentari: “Azərbaycanın iqtisadi inkişafı onun uğurlu gələcəyi olduğunu deməyə əsas verir”
Azərbaycanın iqtisadi inkişafı onun uğurlu gələcəyi olduğunu deməyə əsas verir. SİA-nın xəbərinə görə, bunu Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Mark Fildin deyib. Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan M. Fild səfər çərçivəsində məcburi köçkünlərin həyat şəraiti ilə tanış olduqlarını, həmçinin cəbhə xəttindəki yaşayış məntəqələrinə səfər etdiklərini deyib: "Münaqişənin həllinə dair biz böyük vədlər verə bilmərik. Biz orada evlərindən ayrı düşmüş insanların həsrətlərini dinlədik. Bizə məlum oldu ki işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı BMT-nin 4 qətnaməsi 19 ildir icra olunmur. Biz bunun həlli yollarını araşdıracıq. Azərbaycanda gördüyümüz vəziyyəti Böyük Britaniya parlamentində paylaşacayıq".
Dostluq Qrupunun rəhbəri Bakıda ingilis əsgərlərinin xatirəsinə memorial qoyulmasına görə minnətdarlığını da ifadə edib.
Qeyd edək ki, bu gün Avropa-Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Böyük Britaniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Mark Fildin başçılıq etdiyi nümayəndə heyəti öncə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyub. Daha sonra Şəhidlər Xiyabanına gələn ingiltərəli parlamentarilər Əbədi Məşəl Kompleksi və Dağüstü parkda 1918-ci ildə Bakıda həlak olmuş ingilis əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Xatırladaq ki, M. Fildin başçılıq etdiyi 6 nəfərlik nümayəndə heyəti Bakıya mayın 26-da gəlib. Nümayəndə heyəti bu gün Qubaya səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB