YAP Gəncə şəhər təşkilatının fəalları Uşaq Evini ziyarət ediblər FOTOLAR

YAP Gəncə şəhər təşkilatının fəalları Uşaq Evini ziyarət ediblər FOTOLAR

YAP Gəncə şəhər təşkilatının gəncləri və fəal üzvləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncə Uşaq Evinin balaca fidanlarının qonağı olublar. Uşaq evinin direktoru Nazilə İsmayılova və burada məskunlaşan uşaqlar tərəfindən mehribanlıqla qarşılanan qonaqlar balacaları bayram münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını bildirib və hədiyyələr təqdim ediblər.

Uşaq Evinin əməkdaşları, balaca fidanlar onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.

Sonda bayram əhval-ruhiyyəsində olan balacalar qonaqlarla xatirə şəkili çəkdiriblər.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə