"ATƏT-in Minsk Qrupunu bərpa etməyə çəhd planı baş tutmayacaq" - MÖVQE

"ATƏT-in Minsk Qrupunu bərpa etməyə çəhd planı baş tutmayacaq" - MÖVQE

"Fransa Prezidenti Emmanuel Makron Ermənistan baş naziri Nikol Paşinyanla mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan arasında atəşkəsə riayət olunması, tərəflər arasında gərginliyin aradan qaldırılması, "Azərbaycanın Ermənistan ərazisini tərk etməsi" kimi fikirlər səsləndirib və Fransanın Ermənistan ilə həmrəy olduğunu bildirib". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, ATƏT-in Minsk qrupunun 30 il ərzində görə bilmədiyi işi Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 gündə həyata keçirdi. Müharibədə Azərbaycanın qalib olması Fransa və Ermənistanın imicinə çox ciddi ziyan vurub: "Ona görə də Fransa çalışır ki, Qafqazı öz nüfuz dairəsinə salsın. Eyni zamanda, Fransa Ermənistanı Rusiyanın tabeçiliyindən almaq istəyir. Bilirsiniz ki, Fransa Prezidenti Emmanuel Makron yarı ermənidir. Makronun erməni tərəfkeşliyinin səbəbi də budur. Burada məqsəd ondan ibarətdir ki, həm Ermənistanda parlament seçkiləri keçirilir, həm də Fransada seçkilər keçiriləcək. Ara Ayvazyan birmənalı şəkildə Rusiyanın yeni namizədidir və heç kəsin gözləmədiyi namizəddir. Ara Ayvazyanın namizəd seçilməsi Fransaya da sərf edir. Oyun bundan ibarətdir ki, Fransa-Rusiya birliyi Ermənistanın sərhəd məsələsini gündəmə gətirsin. Sərhəd məsələsinin gündəmə gətirilməsinin heç bir hüquqi əsası yoxdur. 1991-ci ildə Azərbaycan MDB-nin sonuncu iclasında sərhədlərin bütövlüyü ilə bağlı qərar imzalayıb. Azərbaycan bu qərarı imzaladığına görə, sərhədlərin demarkasiya işində bütün materiallar var. Yəni, GPS sistemi ilə Azərbaycan öz sərhədlərini necə var, elə də bərpa edir. Azərbaycanın sərhədlərdən çəkilmək məsələsi boş söhbətdir. Bundan başqa Ermənilər müharibədə məğlub tərəfdir. Lakin, bu məğlubiyyət yalnız Ermənistanın məğlubiyyəti deyil, həmçinin Ermənistanın arxasında olan bütün qüvvələrin məğlubiyyətidir. İkinçi Qarabağ müharibəsinin nəticələrinə görə, Azərbaycanı başqa yolla cəzalandırmaq istəyirlər. Fransa və Ermənistan birgə toplantı keçirsələr də, ATƏT-in Minsk qrupunu yenidən bərpa etməyə, reanimasiyadan çıxartmağa çəhd etsələr də, bu plan heç biri alınmayacaq".

C.Nuriyev əlavə edib ki, Azərbaycan hətta keçənilki Azərbaycan deyil, Azərbaycan 44 günlük müharibədən qalib çıxmış ölkədir: "Eyni zamanda Azərbaycan 21-ci əsrdə müharibə aparmaq taktikasına sahibdir. Azərbaycanın siyasi elitası və hər kəs Prezidentin yanındadır. Fransa və Ermənistan birgə brifinq keçirməsinin heç bir narahatçılığı yoxdur. Bizim bu məsələdə kifayət qədər çox tərəfdaşlarımız var. Hər iki dövlətdə seçkilər keçirilir və hər iki dövlət Prezidentimizin rəhbərliyi altında qalib olan Azərbaycanı qəbul edə bilmir. Kilsənin vasitəçiliyi ilə bütün dünyaya güclü, böyük Ermənistan təbliğatı aparmışdılar. Onların bütün planlarını Azərbaycan vurub dağıdıb. Fransa Azərbaycanın əleyhinə hansısa bir fəalliyyət göstərmək fikrindədir. Amma bu, baş tutan məsələ deyil".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə