"Ermənistanın bu halda gələcəyi yoxdur" - TİQRAN ABRAMYAN

"Ermənistanın bu halda gələcəyi yoxdur" - TİQRAN ABRAMYAN

Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın fikirləri və davranışları hansı prinsipləri rəhbər tutduğunu və dövlətçiliyi necə məhv etdiyini təsdiqləyir. SİA xəbər verir ki, bu sözləri "Anaket" analitik mərkəzinin rəhbəri Tiqran Abramyan özünün "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, oxşar fikirlərə sahib bir liderlə Ermənistanın bundan sonra da qazanmaq şansı yoxdur.
“Sərhəd delimitasiyası böhranında bu səlahiyyətlilərin ölkəni məhv olmasına zəmanət verdiyi açıq-aşkardır”, deyə politoloq yazır.

"Bütün bunları dərk etməyənlər, şüurlu şəkildə belə bir siyasət yürüdürlər ki, ölkəni faciəvi nöqtəyə gətirsinlər və özlərini doğrultmağa hələ də davam edirlər", deyib Abramyan qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə