“Respublika Gününü qalib dövlətin məğrur vətəndaşı kimi qarşılamaqdan qürur duyuruq” - Seyfəddin Əliyev
“28 May Respublika Günü Azərbaycanın şərəf tarixidir. Yəni 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 103 il bundan əvvəl, bizdən öncəki insanlar Şərqdə ilk demokratik cümhuriyyəti qurmaqla Azərbaycan tarixinə çox fərqli bir məqamı yazmış oldular. Azərbaycan müstəqilliyinin 103-cü ildönümünü tarixi ədalətin bərpasında uğur qazanmış dövlət kimi qeyd etməklə qürur duyuruq. Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının 28 May - Respublika Günü ilə bağlı paylaşımda dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib.
S.Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti - Qalib Sərkərdə Prezident İlham Əliyev "Dəmir yumruq" siyasətinin gücü ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərini birliyi və qəhrəmanlığı ilə xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi: "Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 ildönümü daha fərqli qeyd olunur, qırx dörd gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra ölkəmiz nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdığı bir dövrdə qeyd olunur. 30 yaşı olan müasir və müstəqil Azərbaycan 44 günlük Vətən müharibəsi ilə dünyaya səs saldı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız Ali Baş Komandanımızın "dəmir siyasəti" ilə Güclü Ordumuzun igid əsgər və zabitlərinin şücaəti ilə qələbə tarixini yazaraq, haqqın, ədalətin, ərazi bütövlüyümüzün bərpasına nail olundu. Bu xalqımızın öz lideri ətrafında sıx birləşməsinin, dövlət-xalq birliyinin ölkəni regionun lider dövlətinə çevrilməsinin qələbəsi idi, hər bir azərbaycanlı bu uğurlara sevinir, ölkənin Müstəqillik Gününü illərdən bəri ilk dəfə qalib dövlətin məğrur vətəndaşı kimi qarşılayır".
"Tarix hər zaman ədalətin gec də olsa, bərpa olunması ilə təkrarlanıb. XX əsrin əvvəlində xalqımız qarşısında tarixi əhəmiyyət kəsb edəcək işlər görməyi qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra xalqımız bir daha müstəqillik əldə etdi", - deyən S.Əliyev onu da vurğulayıb ki, 1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiya Aktında Azərbaycan Respublikasının AXC-nin siyasi varisi olması elan olundu: "Bəzən "tarix təkrar olunur" deyirlər və 1993-ci ildə də tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız Ulu Öndər Heydər Əliyevi Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı və Onun müəyyənləşdirdiyi strateji kurs sayəsində siyasi, hüquqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlətə çevirdi. Müasir, müstəqil dövlət kimi çıxış edən ölkəmiz özünün tərəqqisi ilə milli inkişafın Azərbaycan modelinin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Bu gün ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Azərbaycan xalqının mərd oğlu Qalib Sərkərdə İlham Əliyevin dediyi kimi – “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdiyi gündür". Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının 28 May - Respublika Günü ilə bağlı paylaşımda dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”. Respublika Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!”.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB