"Hər kəs gördü ki, Azərbaycan necə qüdrətli dövlətdir" DEPUTATDAN AÇIQLAMA

"Hər kəs gördü ki, Azərbaycan necə qüdrətli dövlətdir" DEPUTATDAN AÇIQLAMA

"28 may Respublika Günü bizim milli bayramımızdır və bizim ən şərəfli tariximizdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu münasibət ilə də Azərbaycan xalqına və dövlət başçısı cənab Prezidentə müxtəlif ölkələrdən təbriklər gəlməkdədir: "Dünyanın ən aparıcı, nəhəng dövlət başçıları cənab Prezidenti təbrik edirlər. Bu təbriklərin mahiyyəti birinci Azərbaycana xoş niyyət nümayiş etdirməkdir, Azərbaycanı özlərinə dost bilməkdir. Digər tərəfdən də Azərbaycanın nüfuzunu, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə yüksək reytinqini qiymətləndirməkdir. Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 18 il ərzində olduqca böyük inkişaf, iqtisadi yüksəliş yolu keçib. Dünyaya çox sıx inteqrasiya edib, və beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Məhz bu nüfuzun nəticəsində də Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. O cümlədən, hal-hazırda BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq qurumu olan “Qoşulmama” hərəkatına rəhbərlik edir".

Deputat həmçinin qeyd edib ki, xüsusilə son bir ildə həm pandemiya ilə mübarizə ilə bağlı, həm də torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı cənab Prezidentin apardığı fəaliyyət dünya lidelərləri tərəfindən olduqca yüksək qiymətləndirilir və cənab Prezident bu bir il ərzində 4 dəfə BMT-yə müəyyən müraciətlər edib, BMT-də çıxışlar edib: "Pandemiyanın qlobal təhdid olduğunu bildirib və bu dövrdə güclərin birləşdirilməsini tövsiyə edib. Cənab Prezidentin tövsiyəsi ilə, təklifi ilə pandemiya ilə əlaqədar ötən ildən BMT-nin xüsusi sessiyası çağırıldı. Bundan əlavə bu ilin martında Azərbaycanın təklifləri əsasında BMT-nin komissiya iclası çağırıldı. Qarabağ müharibəsində əldə etdiyimiz zəfər cənab Prezidentin reytinqinin dünyada yüksəlməsinə gətirib çıxartdı. Hər kəs gördü ki, Azərbaycan necə qüdrətli dövlətdir, qüdrətli xalqdır. Bu xalqın da necə böyük sərkərdəsi var, necə böyük iradəli, dünya görüşlü, bütün dünya prroblemlərini dərindən bilən bir lideri var. Azərbaycanın müstəqilliyi Ümummilli Liderin söylədiyi kimi əbədidir, dönməzdir, sarsılmazdır".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə