Qənimət Zahid ölkəmizi və xalqımızı təhqir edib TƏRS BAXIŞ

Yaxud, Əli Kərimliyə və onun baş mirzəsinə cavab verilməzsə...

Artıq Eurovision-2021 mahnı müsabiqəsi bitib və indi növbə onun nəticələri ətrafında aparılan müzakirələrdədir. Lakin bu da öz yerində. Məsələnin digər tərəfi ondadır ki, müsabiqədə kimin-kimə nə qədər səs verməsi müzakirələrində özlərinə əl qatanlardan biri də AXCP sədri Əli Kərimlinin müavini, “Azadlıq” qəzetinin baş redaktoru, hazırda Fransada Sorosun ermənilər vasitəsi ilə göndərdiyi pulu ilə qidalanıb-sinəsinə döyən, guya siyasi mühacir olub, müxalifətçlik edən, əlinə düşən hər imkanda Azərbaycan dövlətinə, hakimiyyətinə, xalqına qarşı həyasızcasına həqarətlər yağdıran, əslində isə məzhəkəlik edən Qənimət Zahiddir. Məsələ həm də ondadır ki, nəinki musiqidən, ümumiyyətlə insanlığa xas olan hər hansı bir amildən bixəbər olan Qəniməz Zahidin kimin-kimə nə qədər səs verməsi barədə fikri kənardan çox gülünc görünür. Beləliklə, Əli Kərimlinin baş mirzəsi Eurovision yarışmasının fonunda Azərbaycanı ağır formada aşağılayaraq təhqir edib. Belə ki, Azərbaycanın Rusiyaya 12 xal verməsi haqqında status yazan fransızsayağı Qənimət məhz Azərbaycanı nəzərdə tutaraq “hansı dana o mahnıya səs verərdi ki?” fikirlərini işlədib.

Vaxtilə onların yanlarında olub, sonradan ziyanın yarısından geri dönənlər bunu yaxşı bilirlər...

Hər gün YouTube və digər sosial şəbəkələrdə özünü xalq, ölkə, millət düşünən kimi qələmə verən bu ünsürün Azərbaycan haqqında belə bir təhqiramiz ifadəni işlətməsi elə bütövlükdə dövlətimizin, xalqımızın təhqir edilməsi deyilmi? Bu təhqirlərə görə onun cavabının verilməsi zamanı deyilmi?

Təbii ki, belələrinin cavabları yerindəcə və sərt şəkildə verilməlidir. Çünki bu gün ona, onun sahibi Əli Kərimliyə layiq olduqları cavablar verilməsə onlar sabah hər kəsi belə təhqir edəcəklər. Təsəvvür edin ki, bu gün dövləti, xalqı təhqir edənlər hakimiyyətə gəlsələr, bu dövlətə və xalqa nələr edərlər? Hər halda vaxtilə onların yanlarında olub, sonradan ziyanın yarısından geri dönənlər bunu yaxşı bilirlər...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə