KTMT-nin qapıları Azərbaycan da daxil olmaqla hər kəsin üzünə açıq olmalıdır. SİA xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hər hansı bir ölkənin quruma üzv olmasına yeganə maneçilik törədən məsələ üzvlər arasında diplomatik əlaqələrin olmamasıdır.
Rudenko bildirib ki, Azərbaycanla Ermənistan arasında hələ ki, diplomatik əlaqələr yoxdur. “Diplomatik əlaqələr bərpa olunduqdan sonar biz ümid edirik ki, bu, gec, ya da tez olacaq – onda bu məsələ bu və ya digər şəkildə praktiki müstəvidə dayana bilər”, deyə Rusiyanın xarici işlər idarəsinin rəsmisi vurğulayıb.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB