Hakimiyyətdaxili narazılıqlar artmaqdadır? "ADDIMI"DA PAŞİNYANLA RAZILAŞMIR
Mövcud vəziyyətlə əlaqədar olaraq hakimiyyət daxilində ziddiyyətli fikirlər yaranmaqda və daha da böyüməkdədir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinad edərək yazır.
Qəzet yazır ki, xüsusilə bəzi millət vəkilləri və hökumətin müxtəlif nümayəndələri yüksək səsli çıxışları ilə hər hansı bir şəkildə Nikol Paşinyana dəstək olmasına baxmayaraq, müxtəlif sahələrdə onun "tezislərini" təkrarlamağa çalışmalarına baxmayaraq, ondan son dərəcə narazıdırlar və narazılıqlar çoxluq təşkil edir.
“Üstəlik, əldə etdiyimiz məlumata görə, ötən gün bəziləri Paşinyana açıq mətnlə bunun mütləq uğursuzluq olduğunu və ölkənin həqiqətən yaxınlaşan müharibə təhlükəsi ilə üzləşdiyini söyləyiblər.
Ancaq narazıların bəziləri məsuliyyəti götürməmək və gələcəkdə siyasi bir cəsəd halına gəlməmək üçün problemlərdən qaçmaq üçün sadəcə susurlar. Bunlar Paşinyanla razılaşmayan, ancaq üsyan etməkdən qorxanlar və ya onlar üçün mandat və yüksək maaş, mükafatlar daha vacib olan "addımlayanlar"dir. Qəzetin mənbəsinin verdiyi məlumata görə, Paşinyan ona qarşı çıxanların davranışından çox əsəbiləşir və komandasında belə şeylərlə qarşılaşdığına görə peşman olduğunu da söyləyib. Bu hal seçki siyahısının “düzəldilməsində” də böyük rol oynaya bilər.
Yeri gəlmişkən, nəşrin mənbələrinin xəbər verdiyi kimi, mütənasib siyahının “aşağı” hissəsində olmalı olanlar xüsusilə təşviq edilir”, deyə qəzet yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB