“Türkiyədən və Azərbaycandan asılı, formal bir ölkə olacağıq” ERMƏNİ TÜRKOLOQUN ETİRAFLARI

Nikol Paşinyanın imzalayacağı sənədin Ermənistan üçün hansı nəticələrə səbəb olacağını bir-bir təsvir edəcəyəm.

SİA xəbər verir ki, bu barədə türkoloq Varujan Qeqamyan 21 may tarixində öz şəxsi "Facebook" səhifəsində yazıb.

“Ermənistan Azərbaycanın diktə etdiyi sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bütün mübahisəli ərazilər Azərbaycana verilir. Ermənistan nəhayət Qarabağdan imtina edir. Ermənistanı Gürcüstanla birləşdirən yol da düşmənin nəzarətinə keçəcək. Yəni, "nəqliyyatın blokdan çıxarılması" əslində Ermənistanın tam bir mühasirəsinə çevrilir. Azərbaycan və Türkiyə bizi öz ordumuzu tərk etməyə məcbur etmək üçün hər şeyi edəcək.

Ermənistan geosiyasi çəkisini itirir və 5 ildən sonra nəhayət Süniki də itirir. Formal olaraq bir dövlətimiz olacaq, amma əslində Türkiyə və Azərbaycanın iradəsindən tamamilə asılı bir ölkəyə çevriləcəyik. Ermənistanda yaxşı ya pis liderlər var, ancaq bircə bu xainin liderliyinə son qoyulmalıdır. Ermənistan ikinci təslimdən sonra artıq heç vaxt özünə gələ bilməz”- deyə, erməni türkoloq Varujan Qeqamyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə