Sevinc Osmanqızı Əli Kərimli qarşıdurması: II Pərdə! TƏRS BAXIŞ+FOTO
Son vaxtlar mediadan da kifayət qədər bəllidir ki, “Osmanqızı tv”nin rəhbəri, ABŞ-da “mühacir” adı altında ölkəmizin əleyhinə fəaliyyət göstərən Sevinc Osmanqızı ilə AXCP sədri Əli Kərimli arasında kəskin qarşıdurmalar yaşanmaqdadır. Məlumdur ki, bundan bir müddət əvvəl Sevinc Osmanqızı “Osmanqızı tv”də Əli Kərimlinin çıxışlarına embarqo qoyaraq onun reklamını aparmaqdan imtina etmişdi. Hətta mənbələrdən sızan məlumatlara görə belə ehtimallar da var idi ki, AXCP sədrinin canlı efirə çıxmasına qadağa qoyanlar məhz Sevincin bağlı olduğu dairələr imiş.
Əli Kərimli üzərinə götürdüyü heç bir öhdəliklərini yerinə yetirə bilməyib
Bu dairələrin isə kimlər və hansı ölkənin xüsusi xidmət orqanı olması da məlumdur. Çünki Əli Kərimli bugünə qədər vaxtilə əlbir olduğu həmin dairələr qarşısında üzərinə götürdüyü heç bir öhdəliklərini yerinə yetirə bilməyib və nəticədə o, “qara siyahıya” salınıb. “Qara səhifəyə” düşdükdən sonra isə Kərimlinin trolları günahı məhz Sevincdə axtarmağa başladılar, üstəlik ona qarşı yağdırılan söyüşlər, təhqirlər də AXCP sədri tərəfindən verilən tapşırığın bir hissəsi idi.
Lakin bir müddət sonra Əli Kərimliyə müəyyən dərəcədə “yaşıl işıq” yandıranlar onun ara-sıra, yəni mütəmadi olmamaq şərti ilə yenidən “Osmanqızı tv”yə çıxmasına icazə verdilər.
Osmanqızı Kərimlinin müsahibəsini 2 saat gecikdirdi – baxış sayı heçə endi!
Amma bu dəfə Sevinc Osmanqızı vaxtilə onun sağına da, soluna da söyüş yağdıran Əli Kərimlidən, onun trollarından öc almaq şansını əlindən buraxmayıb. Növbəti kazus da məhz bu istiqamətdə yaşanıb.
Beləliklə, SİA-ya daxil olan məlumata görə, bugünlərdə "Osmanqızı tv"də Əli Kərimlinin müsahibəsi ilə bağlı anons qoyulsa da, videonun yayımlanması düz 2 saat gecikdirildi. Məhz bu səbəbdən də müsahibəyə baxanların sayı 500 rəqəmini keçə bilmədi. Əlbəttə, Kərimli də çoxdanıncı illərin siyasi fırıldaqçısı və dəllalı olduğuna görə, Sevincin oynadığı oyununu anlayıb və bu fakt da yaşanan qarşıdurma vəziyyətini daha da sərtləşdirib. Necə deyərlər, Sevincin öcalma siyasəti “alov üzərinə benzin töküb”.
Artıq AXCP trolları da Sevinc Osmanqızının oyununu başa düşərək hücuma keçiblər. Onlar Osmanqızını müsahibəni bilərəkdən gecikdirməkdə ittiham edirlər. Müsahibə canlı olmadığından təhqir hücumunun əmrini Əli Kərimlinin verməsi heç kimsədə şübhə doğurmur. Bu “xəmirin” isə qarşıdakı yaxın günlərdə hələ “çox su aparacağını” da bəri başdan bəlli etmək olar…
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB