Ağdaşda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Ağdaş şəhəri ərazisində ağacəkmə aksiyası keçirib. Müstəqil Azərbaycan dövlətinin Qurucusu, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirilmişdir. Bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Ağdaş rayonunda da uğurla həyata keçirilir. YAP Ağdaş rayon təşkilatı da müntəzəm olaraq bu işə öz töhfəsini verir. Keçirilən ağacəkmə aksiyasında rayon təşkilatının gənclər birliyinin fəalları və könüllüləri iştirak ediblər. Ekoloji mühitin sağlamlaşdırılması, ictimaiyyətin diqqətinin ətraf mühitin və yaşıllıq zolaqlarının qorunmasına yönəldilməsi məqsədilə həyata keçirilən aksiyada tuya tingləri əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Bu tədbir rayon təşkilatının ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti töhfəsidir. Tədbirlər planına uyğun olaraq rayon təşkilatı tərəfindən bu cür aksiyaların Ağdaş rayonunun ərazisində keçirilməsi gələcəkdə də davam etdiriləcəkdir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə