Gənclər təşkilatları Ümummilli liderin xatirəsini anıblar FOTO

Gənclər təşkilatları Fəxri Xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA xəbər verir ki, gənclər təşkilatları Ümummilli liderin 98-ci ildönümü ilə əlaqədar olaraq Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Hər bir azərbaycanlının qürur mənbəyi, müasir gənclər siyasətinin banisi Ümummilli lider Heydər Əliyev ömrünü xalqının inkişafına, dövlətçiliyin yenidən dirçəldilməsinə həsr edib. Ulu Öndərin əsasını qoyduğu və onun layiqli davamçısı, Azərbaycana 44 günlük Vətən müharibəsində tarixi qələbə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkə vətəndaşları müasir, firavan, qalib və inkişaf etmiş dövlətdə yaşayırlar.

Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Belə ki, Ümummilli Lider gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialının yaradılmasına dəstək olaraq onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda böyük gələcək vəd edən, intellektual və sağlam düşüncəli gənclik yetişir.

Gənclər təşkilatları da Ulu Öndərin miras qoyduğu bu öncül siyasətin həyata keçirilməsi sahəsində səylə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə