"Ruhlarını müalicə etmək lazımdır" KEÇMİŞ MƏMUR XƏBƏRDARLIQ ETDİ

Keçmiş Baş nazirin müavini Paşinyan tərəfdarlarına seçkilərdən sonra gözlərini açacaqlarına söz verdi

Keçmiş baş nazir müavininin fikrincə, hakimiyyət dəyişikliyi məsələsində müvəffəqiyyət qarşıda gözlənilən seçkilərə seçicilərin böyük sayda gəlməsi, iştirakı sayəsində mümkündür və bundan asılıdır. SİA xəbər verir ki, bu barədə keçmiş məmur "Telegram" kanalında yazır.

Ermənistanın keçmiş baş nazirinin köməkçisi Armen Qevorqyan, Nikol Paşinyanın müvəqqəti olaraq fəaliyyət göstərdiyi, onun seçicisinin azlıq olduğu qənaətindədir.

Qeyd edək ki, Qevorqyan ikinci prezident Robert Koçaryanın komandasının nümayəndəsi hesab olunur. Hökumət sədrinin keçmiş müavini qeyd edir ki, seçkilərdən sonra yeni hökumətin prioritet vəzifələrindən biri də bu insanların "ruhlarını müalicə etmək" olacaq.

Onun sözlərinə görə, xalqı "nikol" seçimi qarşısında qoymamaq üçün qısa müddətdə gecə-gündüz çalışmaq lazımdır. O, “Dürüstlük, ləyaqət, ədalət, həmçinin iş və ailə dəstəyi üçün imkanlar yaratmaq uğurun açarı olmalıdır”, deyib. Həmçinin xatırlatma da edib ki, yeni hökumət xalqın üç ildir üzləşdiyi manipulyasiyalara artıq heç vaxt yol verməməlidir, yeni hökumətin leksikonunda Paşinyanın hakimiyyəti dövrünü xatırladan heç bir şey olmamalıdır.

Armen Qevorqyan bütün qüvvələri Paşinyanın qovulması fikri ətrafında birləşməyə çağırıb və istisnasız olaraq hər kəsin seçkiyə getməli olduğunu vurğulayıb. Qevorqyan bunun böyük əhəmiyyət daşıdığını düşünür və yalnız yüksək sayda iştirakın, hakimiyyət dəyişikliyinin geri dönməzliyi qənaətindədir.
Xatırladaq ki, 20 iyun tarixində Ermənistanda erkən parlament seçkiləri keçiriləcək. Həmçinin işğalçı ölkədə baş nazir də seçilməlidir. Bu ərəfədə erməni cəmiyyətində seçki ilə bağlı fikir ayrılıqları varsa da, Paşinyanın əleyhinə fikirlər daha çox səslənir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə