Çində vertolyot qəzası İKİ NƏFƏR İTKİN DÜŞÜB

Çinin cənubundakı Yunnan əyalətində yanğınsöndürmə helikopterinin qəzaya uğraması nəticəsində iki heyət üzvü ölüb, daha ikisi isə itkin düşüb. SİA xəbər verir ki, bu barədə Çinin “Sinxua” Agentliyi yerli hakimiyyət nümayəndələrinin informasiyasına istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, helikopter Erhai gölünə düşüb, hansıki, göyərtədə dörd heyət üzvü olub.
Qeyd olunur ki, xilasedicilər heyət üzvlərinən ikisini tapa biliblər, lakin onları xilas etmək mümkün olmadyıb, daha iki heyət üzvünün axtarışı davam edir.
Xatırladaq ki, axtarış və xilasetmə işlərində ümumilikdə 16 xilasetmə gəmisinin və 500-ə yaxın xilasedicinin iştirak etdiyi bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə