"Ermənistan" alyansının mitinqində etirazçıların sayı 33 MİN NƏFƏRƏ ÇATIB

Mayın 9-da İrəvanın Azadlıq Meydanında Ermənistanın ikinci Prezidenti Robert Koçaryan, "Daşnaksütyun" və "Yüksələn Ermənistan" partiyalarının qurduğu "Ermənistan" alyansının mitinqi baş tutub. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, hökümətyönlü "qaynaqlar", iştirakçıların sayı ilə bağlı sosial şəbəkələrdə elan edilən rəqəmlərə lağ ediblər və bu rəqəmlərin süni olaraq şişirdildiyini elan ediblər.

Past.am xəbər saytına görə, müstəqil ekspertlərin, Polisin və Milli Təhlükəsizlik Xidmətinin hesablamaları bu rəqəmlərdən çox fərqli olub. Sözügedən xəbər portalının hüquq-mühafizə orqanlarındakı mənbələrinin verdiyi məlumata görə, mitinqdə təxminən 33 min nəfər iştirak edib.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan, "Daşnaksütyun" və "Yüksələn Ermənistan" partiyaları birgə "Ermənistan" adlı alyansda birləşiblər və birgə hərəkat keçiməkdə davam edəcəklərini bəyan edirlər. Qeyd edək ki, bu alyansın keçirdiyi mitinqə toplaşanların qeyd olunan sayı məhz polis və Milli Təhlükəsizlik Xidmətinin məlumatlarında da öz əksini tapır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə