Baş nazir seçilməsi məsələsi MÜZAKİRƏ EDİLİR

Deputatların Nikol Paşinyanı yenidən Ermənistanın baş naziri vəzifəsinə seçməyəcəyi gözlənilir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu, parlamenti buraxmaq üçün edilir.
Məlumatda qeyd olunur ki, Ermənistan Milli Məclisi bazar ertəsi saat 12:00-da respublikanın baş naziri vəzifəsinə Nikol Paşinyanın namizədliyini müzakirə etmək üçün növbəti iclas keçirəcək. Bildirilir ki, əvvəlki iclasda, razılığa əsasən, parlament onu hökumət başçısı vəzifəsinə seçməmişdi.
Xatırladaq ki, Konstitusiyaya görə, Nazirlər Kabineti rəhbərinin istefasından sonra Milli Məclis iki dəfə yeni baş nazir seçməməli, bundan sonra parlament buraxılmalı və erkən seçkilər təyin edilməlidir. Nəzərə çatdıraq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri 20 iyun tarixinə təyin edilib və bunun üçün Paşinyan 25 aprel tarixində öz istefasını elan edib, ancaq baş nazir vəzifəsini davam etdirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə