Zakir Həsənov Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib VİDEO-FOTO
Mayın 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qurumun rəhbərliyi abidə önünə gül dəstələri qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB