YAP Kəlbəcər rayon təşkilatı “Ağaclara qulluq” aksyası keçirib FOTOLAR
YAP Kəlbəcər rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə ADAU-6 ətrafında "Ağaclara qulluq" aksyası keçirib. Aksiyada rayonun ictimaiyyəti, rayon təşkilatının gəncləri, qadınları iştirak edib. Aksiyada çıxış edən YAP Kəlbəcər rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri olan Dahi şəxsiyyətdir: "Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Bu gün bu siyasətin layiqli davamçısı, Ulu Öndərimizin layiqli siyasi varisi İlham Əliyevdir. Onun rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir, Azərbaycan Respublikası Dahi Öndər Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır".
Q.Əsgərov onu da vurğulayıb ki, aksiyanın keçirilməsi ilə Ulu Öndərin xatirəsi yad edilir: "Digər tərəfdən, ağaclara qulluq etməklə regionlarımızda ekoloji mühitinin yaxşılaşdırılmasına öz töhfəmizi vermiş olarıq". Sonra aksiya iştirakçıları qurumuş ağaclara qulluq etməklə yanaşı, yeni ağacları əkməklə ağacəkmə aksiyasını həyata keçiriblər.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB