Həm hərb, həm informasiya savaşının Qalibi

Həm hərb, həm informasiya savaşının Qalibi

Tvitterdə 3 milyondan çox baxış beynəlxalq diqqətin əyani təzahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrın 6-da "BBC News"a verdiyi müsahibə rekord qırıb. Ölkə başçısının müsahibəsinə Tvitter hesabında 3 milyondan çox baxış olub. 44 günlük Vətən Müharibəsi dövrünə təsadüf edən müsahibə beynəlxalq arenada böyük rezonans doğurub və geniş müzakirələrə yol açıb.

İndiyədək Azərbaycandan tirajlanan heç bir müsahibə, açıqlama və şərh dünya müstəvisində bu qədər geniş izlənilməyib. Ölkə başçısının müsahibəsinin Tvitterdə 3 milyondan çox istifadəçi tərəfindən baxılması Azərbaycan üçün rekord göstəricidir.

Qeyd edək ki, sözügedən müsahibə zamanı təxribatçı suallarla çıxış edən BBC-nin jurnalisti Prezident İlham Əliyevin ortaya qoyduğu real faktlar qarşısına aciz qalıb. Müsahibə boyu ona ünvanlanmış qərəzli sualları səbir, təmkin və tutarlı arqumentlərlə cavablandıran dövlət başçısı avropalı jurnalistə sözün əsl mənasında "master klass" keçib.

Həm hərb meydanında, həm də informasiya savaşında Qalib Lider

Son 17 il ərzində bütün sahələrdə qələbə qazanan Azərbaycan 44 gün davam edən İkinci Vətən Müharibəsi dövründə bizi qələbələrə aparan əsas faktorlardan biri möhtərəm Prezidentin verdiyi 30-dan çox müsahibə Onun mükəmməl diplomatiyası idi.

Ümumilikdə, Prezident İlham Əliyev müharibə dövründə xarici mediaya verdiyi müsahibələrlə yalnız döyüş meydanında deyil, informasiya müharibəsində də qalib olduğunu sübut etdi. Ali Baş Komandan xarici mediada çıxışları ilə hücum diplomatiyası sərgiləyərək tarixi həqiqətlər, Dağlıq Qarabağ münaqişəsinə dair vacib hüquqi və siyasi məqamlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Onun gərgin əməyi və uğurlu informasiya siyasəti sayəsində dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsi təmin edildi. Dövlət başçısının dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələrdə təkcə erməni yalanları ifşa edilməyib, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyaları da iflasa uğradılıb.

Qeyd edək ki, indiyə qədər Azərbaycan tərəfdən heç bir müsahibə, açıqlama, nitq, video, çıxış xarici mediada bu qədər izlənilməyib. İndi isə, Cənab Prezidentin sayəsində artıq izlənilir. Yəni, məlum faktın özü yetərlidir və bu, Azərbaycana və onun Liderinə olan xoş münasibətin növbəti göstəricisidir.

Prezdent İlham Əliyevin "BBC"yə müsahibəsi sosial şəbəkələrdə rezonans doğurub

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrında "BBC" telekanalı ilə baş tutmuş müsahibəsi sosial şəbəkələrdə də geniş rezonansa səbəb olub. Müsahibədə jurnalist tərəfindən səsləndirilən "senzura" və "müxalifətin sıxışdırılması" kimi uydurma ittihamlara prezidentin kifayət qədər aydın şəkildə cavab verməsi və Qərbin "ikili standartlarına" işarə etməsi sosial şəbəkə istifadəçilərinin xüsusilə diqqətini çəkib. Hələ də izlənilən bu məşhur müsahibə bu vaxta qədər 3 milyondan artıq baxış qazanıb, sosial şəbəkələrdə isə üstündən 6 ay keçməsinə baxmayaraq, müzakirə olunur. Ən əsası isə, sosial şəbəkə istifadəçiləri Prezident İlham Əliyevə öz rəğbətlərini səmimi ifadə edir, onun haqlı mövqeyinə dəstək ifadə edirlər. Məsələn, Twitter-in xarici istifadəçilərindən biri "O, haqlıdır!", digəri "O, həqiqəti söyləyir!" kimi şərhlər yazıb.

Ən əsası isə, Azərbaycan Prezidenti jurnalist Culian Assanj sualı bütün dünya dövlətlərinin informasiya sahəsində də güclü Lider olduğunu sübut etdi: "Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?".

Bu an jurnalist özünü itirərək söhbətin mövzusunu dəyişməyə çalışıb.

Xəbər verilir ki, xarici istifadəçilər müsahibənin məhz bu hissəsini çox bəyəniblər. Onlar müsahibənin həmin fraqmentini tvitterdə paylaşaraq aktiv şəkildə şərhlər yazıblar. "Bu müsahibə "BBC" jurnalistlərinin cahilliyinin nə qədər yüksək səviyyədə olduğunu göstərir. Onlar öz elita üzvlərindən başqa heç kəsə hörmət qoymurlar. Buna görə də demokratik yolla seçilmiş liderlərimizlə eyni şəkildə davranırlar – nəzakət və hörmət nümayiş etdirmədən", – tvitter istifadəçilərindən biri yazır.

"Bu şəxs Ermənistan və Azərbaycan məsələsindən başqa, Britaniya mediasında olmayan sağlam düşüncədən və həqiqətdən danışır. Böyük Britaniyada media nəhəng biznesin və isteblişmentin maraqlarının təyin etdiyi parametrlər daxilində fəaliyyət göstərdiyi müddətcə "azad"dır: deməli, azad deyil", – Adhamh Sophur adlı istifadəçi videogörüntüyə şərhində yazıb.

Paul Brennan adlı iş adamı isə İlham Əliyevi açıq şəkildə inanılmaz zövqə və təfərrüatlara diqqət yetirən adam adlandırıb.

"Onun televiziyanın canlı efirində hakim Qərb təbliğatına dərs verməsi həqiqətən xoşuma gəldi", – çoxsaylı şərhlərdən birində deyilir.

Göründüyü kimi, bu müsahibəyə maraq hər gün artır, hazırda onu 3 milyondan çox insan izləyib. Və bu bir daha oqnu göstərir ki, indiyə qədər Azərbaycandan hər hansı bir məqalə, açıqlama, müsahibə və ya çıxış beynəlxalq arenada bu qədər rezonans doğurmayıb. Xarici KİV-lərlə baş tutmuş bu müsahibə göstərir ki, Prezident müharibə dövründə Azərbaycanın maraqlarını təkcə döyüş meydanında deyil, həm də informasiya müharibəsində müdafiə edib.

Bir sözlə, Prezident İlham Əliyevin media ilə birbaşa ünsiyyəti Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında əvəzsiz addım idi, lakin enyi zamanda ölkəmizin hazırkı inkişaf səviyyəsi, dövlət başçısının apardığı siyasi kurs, ümümbəşəri dəyərlərin cəmiyyətimizdə dövlət tərəfindən dəstəklənib qorunması ilə bağlı da beynəlxalq ictimaiyyətdə aydın təsəvvür yaratmaq baxımından çox mühüm gediş idi. Ümumilikdə, Azərbaycanın həm hərb meydanında, həm də informasiya savaşında bu nüfuzun qazanılması qalib ölkənin Fateh Sərkərdəsi – Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə