"Hamı bir nəfər kimi səfərbər olunduq" - MİLLƏT VƏKİLİ DETALLARDAN DANIŞDI

"Hamı bir nəfər kimi səfərbər olunduq" - MİLLƏT VƏKİLİ DETALLARDAN DANIŞDI

“Biz İkinci Dünya müharibəsində faşizm ilə mübarizəyə hamı bir nəfər kimi səfərbər olunduq. 600 min nəfərdən çox azərbaycanlı müharibəyə getdi. Onlardan 300 min nəfəri geri qayıtmadı. Azərbaycan müharibəni yanacaqla, sürtkü materiaları ilə təmin edirdi. Demək olar ki, faşizmə qarşı mübarizəyə hamıdan çox töhfə verən biz olduq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, düşündük ki, 1945-ci ildə müharibənin bitməsi ilə faşizmin kökünü kəsdik: “Amma çox təəssüf ki, erməni faşizmi öz işini yenə davam etdirdi. 30 ilə yaxın biz ermənin faşizmindən əziyyət çəkdik. Bu gün torpaqlarımızı işğaldan azad etmişik. Amma erməni faşizmi bizim mədəniyyətimizə, tariximizə, iqtisadiyyatımıza və insanlığa vurduğu yaralarını sağaltmaq üçün zaman lazım olacaqdır. Demək olar ki, son 30 ildə faşizmdən ən çox əziyyət çəkənlər biz olmuşuq. Artıq erməni faşizm üzərində də qələbə çalmışıq”.

A.Badamov vurğulayıb ki, bu il 9 may Qələbə Gününü həm də erməni faşizm üzərindəki qələbəmiz kimi də qeyd edirik: “Üzümüz ağ, başımız ucadır. 8 may 1992-cı ildə Şuşamızı erməni faşistləri işğal etmişdisə, 8 noyabr 2020-də azad etdik. Artıq 6 aydır ki, biz Şuşadakı erməni faşizmin vəhşiliklərinə və vandallıqlarına məruz qalmış milli mədəniyyyətimizi, tarixmizi bərpa edirik. Şuşa azaddır. Biz Şuşaya qayıtmışıq. Biz Şuşanı dirçəldirik. Təbii ki, bundan sonra da faşizmə qarşı mübarizədə amansız olmalıyıq. 9 May Qələbə Gününü həm də erməni faşizminin darmadağın edildiyi gün kimi qeyd edirik. Sonda Qələbə Günü münasibətilə xalqımızı təbrik edirəm və faşizmə qarşı mübarizədə öz canlarını qurban vermiş bütün şəhidlərə Allahdan rəhmət diləyirəm”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə