28 illik Şuşa həsrətə son deyən Qalib Liderin qalibiyyəti ŞƏRH

2020-ci il 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev – “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı

30 ilə yaxın zaman müddətində həll olunmayan qondarma «Dağlıq Qarabağ» probleminin 44 gün ərzində həll olunması ilə 2020-ci il tariximizə Qələbə ili ilə Azərbaycan tarixinə yazıldı. Və Azərbaycan 44 gündə son əsrlərin ən böyük zəfərini yaşayır və ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını qaytarmağa nail oldu. Vətən Müharibəsinin 44 gün ərzində «Qarabağ Azəbaycandır və Qələbə NİDA»-sını qoyan və bununla da tariximizə ən parlaq səhifəsini yazmaqla bir daha sübut etdi ki, bu qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu, haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir.

“Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm”

Ali Baş Komandan xalqa müraciətində bildirib ki, hər dəfə qələbə müjdəsini xalqına çatdırmaqdan qürur duyduğunu bildirib: “Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz”. Bəli, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Şuşa, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı «məğlubedilməzlik» mifi darmadağın oldu. Noyabrın 8-də Şuşanın, 9-da 71-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin dekabrın 1-nə kimi daha 3 rayonun – Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz və deməli qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalaması tariximizə ZƏFƏR HƏFTƏSİ kimi həkk olundu. Bu zəfərə nail olmağımız - Müzəffər Ali Baş Komandan-Xalq-Güclü Ordu Birliyi və Rəşadətli əsgər və zabitlərimizdir. Ən əsası isə... 28 il sonra - 1992-ci il mayın 8-də satqınlıq və xəyanətkarlığın qurbanı olan Şuşamıza 2020-ci il 8 noyabrda Şuşamıza qovuşduq!

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Bu 44 gün həm də “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm» Ulu Öndərin Prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün bir daha hər bir azərbaycanlının Prezidenti olduğunun reallığıdır. Bəli, 28 ildən sonra – 1992-ci il mayın 8-i satqınlığın, xəyanətkarlığın qurbanı olan Şuşamıza 2020-ci il noyabrın 8-də qovuşduq. Bu, işğalçı, təcavüzkar Ermənistana və UCALIQ ZİRVƏSİ olan Şuşamızı satanlara döyüş meydanında layiq olduqları yeri göstərməyimizin Qələbəsidir. Bu, Qalib Liderin qalibiyyət özgüvənliyi – “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdığı Zəfər Qələbəsidir. Bu, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Qalib Liderimizin son 17 ildə - hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin sübutudur. Ən əsası isə, 28 il – 8 may 1992-ci ilin 2020-ci il noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazılan Şuşamızın tarixi Qayıdış Qələbəsidir.

“Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi - Qarabağ Azərbaycandır!”

Bəli, son 17 il Prezidentlik fəaliyyəti ərzində Ali Baş Komandanımız “bir qarış torpağımızı belə heç kəsə verən deyilik” xəbərdarlığının bu gün Azərbaycan xalqı, bütün dünya bir daha gördü ki, Qarabağ Azərbaycandır! “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib. “Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi”-deyən Müzəffər Ali Baş Komandan bu gün apardığı uğurlu, diplomatik siyasəti ilə sübut etdi: «Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.Bəli, xalqımız, bütün dünya dövlətləri və xalqları bir daha gördü ki, Azərbaycan bütün bu qələbələrə həmrəyliyi, XALQ-İQTİDAR birliyi ilə qazanıb. Qələbə ili olan 2020-ci ildə Azərbaycan son əsrlərin ən böyük zəfərini qazanmaqla bu böyük sevinci yaşayır, 2021-ci ilə isə bir milyondan artıq soydaşlarımız “köçkün” damğası ilə getmir, bir daha doğma yurd-yuva həsrətindən danışılmayacaq.

Qalib Sərkərdənin mənəviyyatımızın, qürurumuzun ucalığı olan Şuşaya 39 ildən sonra Qələbə səfəri

Bu səfər özünəgüvənlik bir səfərdir, bu tarixi ədalətin zəfəri, haqqın nahaq üzərində qələbəsinin, işığın zülmət üzərində təntənəsinin səfəri idi. Bu səfər 1992 - ci ildə satqınlığın və xəyanətin qurbanı olan 2020-ci il 8 noyabrda Şuşa həsrətinə son qoyulduğu, Şuşanın əsl sahibinə "Qələbə yolu" ilə qayıtdığı, "Xarı bülbül"ün yenidən öz doğma yurd həsrətinə son qoyulduğu, erməni vandallarının Şuşada 17 məhəllə, 16 məscidimizin, qəbir yerlərimizin necə dağıdıldıması ilə bağlı dünyaya Qalib Liderin tarixi mesajları idi. 2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin Şuşaya şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmiş, 28 il ərzində buna çalışmış lakin nail ola bilməmişlər. Ancaq Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədi, əsirlikdə olsa da, öz ləyaqətini itirmədi, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Prezident İlham Əliyev üçün bu səfərin yanvarın 14-də gerçəkləşməsinin ayrı rəmzi mənası da var. Düz 39 il əvvəl, 1982-ci ilin 14 yanvar tarixində Şuşada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuş və həmin tədbirdə İlham Əliyev də iştirak etmişdi. Bu səfərin İlham Əliyev üçün xüsusi bir tarixi önəmi həm də ondan ibarətdir ki, o, son 30 ildə Şuşaya səfər edən ilk Azərbaycan Prezidentidir. İlham Əliyev həm də bu müqəddəs ünvana Qalib, 44 günlük müharibənin Müzəffər Ali Baş Komandanı kimi gəlmişdi. «Bu dəfə Müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!”, - deyə İlham Əliyev Şuşadan bəyan etdi.

Bəli, Şuşa Azərbaycandır, onun əsl sahibləri geri qayıdıb. Şuşa xalqımızın elə bir möhtəşəm mədəni abidəsidir ki, düşmən onu 28 ildə erməniləşdirə bilmədi. Onun hər küçəsi bir tarix, hər daşı bir mənəvi xəzinədir, xalqımızın milli-mədəni sərvətidir. Bu şəhər 28 il yarım davam edən işğal dövründə erməniləri qəbul etmədi. Şuşa onlar üçün əvvəldən yad idi, işğal dövründə də yad olaraq qaldı. İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Ən əsası isə, Qalib Sərkərdə, Azərbaycan Prezidenti İlham Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə