Ukraynanın NATO-ya üzv qəbul edilməsini AĞ EV DƏSTƏKLƏYİR

ABŞ prezidenti Co Bayden administrasiyası, NATO-nun qapılarının yeni üzvlər üçün açıq olacağına inanır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, cümə axşamı bu sözləri, Ukraynanın ittifaqa qoşulma ehtimalını jurnalistlərə şərh edərkən Ağ Ev sözçüsü Karin Jan-Pier deyib.

"Biden rəhbərliyi, NATO öhdəliklərini yerinə yetirdiyi və Avroatlantik təhlükəsizliyin artırılmasına töhfə verdiyi təqdirdə bunu etmək istəyənlər üçün qapılarının açıq qalması prinsipinə sadiqdir", deyə Jan-Pier brifinq zamanı bildirib.
Bir jurnalistin ABŞ-ın Ukraynanın Şimali Atlantika İttifaqına qoşulmaq istəklərini dəstəklədiyi mənasına gəldiyini ifadə edən sualına da Karin Jan-Pier müsbət cavab verib.
Xatırladaq ki, Ukrayna Ali Radası 2014-cü ilin dekabrında dövlətin bloklara qoşulma statusundan imtina edərək iki qanunda dəyişiklik edib. 2016-cı ilin iyun ayında NATO üzvlüyünü ölkənin xarici siyasət hədəfi olaraq təyin edən əlavə düzəlişlər qəbul edilib. 2019-cu ilin fevralında Ukrayna parlamenti konstitusiyaya düzəlişlər qəbul edərək ölkənin AB və NATO-ya istiqamətini təmin edib. Ukrayna NATO-nun İnkişaf etmiş Tərəfdaş statusu alan altıncı dövləti olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə