Əli Kərimli kompüterlərə hansı virusu salıb? TƏRS BAXIŞ + FOTO

AXCP trolları yenə çalxalanır

Radikal müxalifət düşərgəsinə aid olan AXCP cinahı yenidən qarışıb və yaranan qarmaqarışıqlığın əsl səbəblərini əslində özlərində axtarmaları yerinə dərhal hakimiyyətə ittihamlar yağdıran trol şəbəkələri bununla da işlərini bitmiş hesab edirlər. Ancaq bütün mənalarda bu qaragüruhçuların qarşısına faktlar qoymaq lazım olur. Maraqlıdır ki, doluğun, təkzib olunmaz faktlar qarşılığında belə yaxalarını kənara çəkən Əli Kərimlinin “uşaqları” sanki üzərlərinə bir məsələni götürüblər – iqtidara qarşı qarayaxma kampaniyası aparmaq, bu vasitə ilə guya xalq qarşısında “hörmət qazanmaq”. Amma hər şeyə rəğmən, nə hörmətləri var, nə də ki, izzətləri...

Beləliklə, mövzu ilə bağlı YAP-ın gənc fəalı Anar Şahmuradovun son günlər cəhbəçilərin əsassız hay-küylərini ifşa edən statusunu diqqətinizə təqdim edirik:

- Dostlar, bir neçə gündür müxalif düşərgədə maraqlı, daha doğrusu ilginc bir “işin” şahidi olmaqdayıq. Deməli, müxalif mövqeli şəxslər kompyuterlərinə müdaxilə cəhdlərinin olması haqqında statuslar yazırlar. Bu halla qarşılaşanlar isə ancaq yaşlı şəxslərdir. Gənc yaşda olan şəxslər deyillər! Niyə məhz yaşlı adamlar? Bu suala gedişatda aydınlıq gətirəcəm. Kompüterinə müdaxilə edildiyi haqqında status yazan hər bir şəxs isə məsələdə cəbhəçi İlham Hüseynin adını hallandırırlar. Maraqlı məqamdır, deyilmi?

Bunlar həyətə düşüb külək əsdiyini görəndə deyirlər, hakimiyyətin işidir

Deməli, Əli Kərimlinin trolbaşılarından olan İlham Hüseyn bir neçə gün öncədən belə bir məlumat buraxmışdı ki, bəs, onun facebook hesabına hakimiyyət tərəfindən müdaxilə edilir. Bu cahillər elə bilirlər ki, dünyada bunlardan başqa heç kəsin heç nədən xəbəri yoxdur. Facebooka nə müdaxilə? Facebook elə bir alqoritimlər əsasında qurulub ki, özün giriş adı və parolunu ikinci şəxsə verməsən, heç kim sənin hesabına müdaxilə edə, ikili faktoru aşa bilməz. Bir də ki, bunlar həyətə düşüb külək əsdiyini görəndə deyirlər, hakimiyyətin işidir. Nadan, cahil insanlar belə də ki, bundan artıq olası deyillər ki?!

Heç demə, İlham Hüseynin belə bir şayiə buraxmasının arxasında “böyük bir əməliyyat” var imiş. Təxminən bir həftədən çoxdur statuslar yazmağın başını buraxan İlham Hüseynin başı ağası Əli Kərimlidən aldığı ciddi bir tapşırığa qarışıbmış. Bu tapşırıq da nədir? Deyim bilin.

Deməli, bir qrup şəxs vardır ki, həmin şəxslərin nə işlərlə məşğul olduqları, haralardan nə aldıqları Əli Kərimlinin ciddi maraq dairəsindədir. Bu adamlar Əli Kərimli üçün nə özgə, nə də ki, doğma adamlardır. Necə deyərlər, Əli Kərimli üçün al da birdir, şal da! Elə öz camesindəkilərdirlər. Xüsusilə də milli şuraçılar və digər müxalif mövqeli şəxslər. Özü də yaşlı adamlar. Əli Kərimlinin İlham Hüseynin əli ilə qurduğu bu tələyə məhz yaşlı adamlar düşə bilərlər. Çünki onlar müsair texnologiyalar haqqında bir o qədər də bilgili deyillər. Bu tryuk təbii ki, gənclərə keçərli deyil.

Əli Kərimlinin Cəmil Həsənli əndişəsi

Əli Kərimlinin “fəaliyyətlərini araşdırmaq” istədiyi şəxslərdən biri vəkil Fuad Ağayev, digəri isə özünü “Milli Şura” adlı qurumun sədri adlandıran Cəmil Həsənli olub. Olsun digər bəzi şəxslər də bu risklə üz-üzə qalıblar. Deməli, Əli Kərimli bu adamların ona bəlli olmayan işlərini bilmək istəyib. Xüsusilə, Cəmil Həsənlinin Londonda haradan nə aldığı, görünür, bu isə Əli Kərimlini əndişələndirib. Bunun üçün də İlham Hüseynə komanda verib ki, gör nə edirsən.

“Çoxbilmiş” İlham Hüseyn də həmin şəxslərin kompyuterlərinə məsafədən idarəetmə proqramları yükləməyə cəhd göstərib. Bunun üçün həmin şəxsləri müxtəlif bəhanələrlə aldatmağa çalışıb. Lakin onlar bu “əməliyyatdan” şübhələniblər və bunu kompüterlərinə haker hücumu kimi anlayıblar.

Əli Kərimli yaxşı olar ki, ultrabənövşəyi lampa işğında bir dəfə əllərinə baxsın!

Nə haker hücumu? Əslində, Əli Kərimlinin tapşırığı əsasında İlham Hüseyn online dələduzluq edərək, həmin şəxslərin kompyuterlərinə məsafədən idarəetmə proqramları yükləməyə və orada nələrin olduğuna əmin olmaq istəyibmiş. Cəmil Həsənli yazdığı statusda hətta həmin proqramın adını da qeyd edir. Təbii ki, o bu proqramın nə olduğunun mahiyyətini bilmədiyi üçün belə yazıb. Pulsuz məsafədən idarəetmə proqramı olan “AnyDesk” hakerin nəyinə gərək?

Budur, Əli Kərimlinin “siyasəti”! Dələduzluq, yaramazlıq, şər-böhtan, ağ yalanlar uydurmaq və hər şeyi də yumarlayıb hakimiyyətin üstünə atmaq cəhdi. Bu kimi çirkinlikləri edən Əli Kərimli yaxşı olar ki, ultrabənövşəyi lampa işğında bir dəfə əllərinə baxsın!

Rövşən RƏSULOV

P.S. Çoxlu sayda məsafədən idarəetmə proqramları pulsuz formada internetdə əlçatandır. Təbii ki, buna qarşı tərəfin özünün razılığı olmalıdır ki, həmin şəxsin kompüterinə müdaxilə edə biləsən. Bu qədər bəsit! Amma haker o qədər də savadsız deyil ki, “AnyDesk”dən istifadə etsin…

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...