“Fələstinli dostlarımızla əlavə addımları müzakirə edəcəyik” Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov, fələstinli həmkarı Riyad əl-Maliki ilə koronavirus pandemiyasına qarşı mübarizə üçün əlavə yardım məsələlərini müzakirə edəcəyini söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Lavrov Moskvada Fələstin Xarici İşlər Nazirliyinin başçısı ilə görüşdə deyib.
"Əlbəttə ki, pandemiyanın nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi vəzifələri bizi, hamımızı narahat edir və fələstinli dostlarımızla bu gün Rusiyanın koronavirus infeksiyasına qarşı mübarizədə yardımını artırmasına və davam etdirməsinə imkan verən əlavə addımları müzakirə edəcəyik", deyə Lavrov bildirib.
Lavrovun sözlərinə görə, Moskva ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası Rusiya-Fələstin komissiyasının erkən iclasını da gözləyir.
"Epidemioloji vəziyyət imkan verən kimi ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasını keçirməyi gözləyirik. Uzun müddətdir həyata keçirməyi planlaşdırdığımız bir sıra perspektivli layihələr var. Ümid edirəm ki, bu çox yaxın gələcəkdə buna yer olacaq", deyə Rusiya xarici işlər naziri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB