Putin Tacikistan prezidenti ilə görüşəcək Parad ərəfəsində

Putin Tacikistan prezidenti ilə görüşəcək Parad ərəfəsində

Rusiya və Tacikistan prezidentləri Vladimir Putin və Emoməli Rəhmon görüş keçirəcəklər. SİA xəbər verir ki, bu barədə RİA Novosti Agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, görüş 8 may tarixində baş tutacaq. Həmçinin, görüş tərəflərin Qırğızıstan-Tacikistan sərhədindəki münaqişəsini müzakirə etmək məqsədi ilə keçiriləcəyi bildirilir.
Qeyd edək ki, iki ölkənin sərhədindəki qarşıdurma, İsfara çayının yuxarı axınında yerləşən Qolovnaya su paylama məntəqəsinin hissəsi səbəbindən 28 aprel tarixində başlayıb. Tərəflərdən birinin orada video nəzarət qurmaq cəhdi Tacikistan və Qırğızıstan vətəndaşları arasında iki ölkənin hərbçilərinin iştirakı ilə toqquşmaya və odlu silah istifadəsinə çevrilən insidentə səbəb olub. Nəticədə hər iki tərəfdən 200-dən çox insan yaralanıb, təxminən 50 nəfər həlak olub.
Xatırladaq ki, 29 aprel axşamı Bişkek və Düşənbə atəşkəs və hərbi hissələrin geri çəkilməsi barədə razılığa gəliblər. Tacikistan prezidenti də bu ərəfədə, yəni 9 may tarixində Qırmızı Meydanda keçiriləcək Qələbə Paradı üçün Moskvaya səfər etməyi planlaşdırır. Görünür elə Rusiya prezidenti ilə görüşün təşkili də bu səfərdən öncə planlaşdırılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə