Müsavatçılar Əli Kərimlinin trol şəbəkəsini necə etiraf etdi? QARŞIDURMA+ FOTO

Mustafa Hacıbəyli və Səxavət Soltanlı AXCP sədrini ələ saldılar

Bugünlərdə siyasi şərhçi Nəsimi Məmmədli AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdəki trol “siyasətini” ifşa edən fikirlə çıxış etmişdi. Əsasən, cəbhəçi sədrin trol karuseli əsasında özünə “siyasi reytinq” qazanmaq cəhdlərini ifşa edən siyasi şərhçi burada onun “müxalifətin dəyişilməz lider” olması iddialarını açığa çıxarıb, üstəlik, qaranlıq əməlləri sayəsində digər ifşaedici faktları da ictimailəşdirib. SİA xəbər verir ki, Nəsimi Məmmədlinin fikirləri və ortaya çıxardığı faktları ictimailəşər-ictimailəşməz onun fikirlərin kontektində Müsavat partiyasının funksionerləri dərhal reaksiya göstəriblər.

Müsavatçıların Nəsimi Məmmədlinin statusuna dolayısı ilə dəstək göstərmələrindən təəccüblənməyə də dəyməz

Daha dəqiq desək, onlar da öz sosial şəbəkə profillərində AXCP sədrini, sözün əsl mənasında, ələ salaraq status paylaşıblar. Nəzərə alsaq ki, AXCP və Müsavat partiyaları arasında yarandıqları vaxtdan hazırkı dövrə qədər kütləvi şəkildə, hətta saysız-hesabsız savaşlar baş verib və bu partiyalar hətta “mehriban düşmən” səviyyəsində də deyillər, eləcə də açıq-açığına düşmənçilik mövqeyi sərgiləyirlər, bu zaman müsavatçıların hakimiyyətə yaxınlığı ilə seçilən siyasi şərhçinin – Nəsimi Məmmədlinin statusuna dolayısı ilə dəstək göstərmələrindən təəccüblənməyə də dəyməz. Beləliklə, bu məsələdə daha çox seçilənlər Müsavat partiyasının aparıcı funksionerləri, partiya başqanı Arif Hacılının qardaşı Musrafa Hacıbəyli və digər funksioner Səxavət Soltanlıdır.

Bu məsələnin şişməsi isə cəbhəçilərin cavab tədbirləri görmələri ilə nəticələnib

Onlar dərhal AXCP sədri Əli Kərimlini hədəfə alaraq onu ələ salıblar. Nəticədə saxta gmail hesablar və youtube kanallar vasitəsilə reytinq qazanmaq, çox səs toplamaq istəyən Əli Kərimliyə bu dəfə də Müsavatdan sərt şillə ilişdirilib.

Təqdim etdiyimiz şəkildən də aydın olaraq görünür ki, müsavatçılar da artıq AXCP sədri Əli Kərimli trol şəbəkəsindən istifadə etdiyini etiraf edirlər. Artıq bu məsələnin şişməsi isə cəbhəçilərin cavab tədbirləri görmələri ilə nəticələnib. Artıq həm Mustafa Hacıbəyliyə, həm də Səxavət Soltanlıya qarşı kəskin söyüş kampaniyalarına start verilib ki, bu da əslində, Əli Kərimlinin və onun trollarının köhnə peşələridir, daha dəqiq desək, elə bu mövzunun kontekstidir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə