"Xoşbəxtlikdən insanlar ölür" PAŞİNYAN SƏRSƏMLƏDİ

Nikol Paşinyan parlamentin fövqəladə iclasında çıxış edərək peyvənd olunmanın vacibliyindən danışarkən növbəti dəfə uyğunsuz ifadə işlədib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Nikol peyvənd olunmanın vacibliyini vurğulayaraq, bu mövzudan sui-istifadə və müxtəlif mənfi hallara güvənməyə ehtiyac olmadığını deyib.

Paşinyan peyvəndlə bağlı spekulyasiyalara uymamaq çağırışı edib.
"Düşündüm ki, 2 milyon insana adi su içirsələr, özlərini pis hiss edənlər ola bilər, əminəm ki, ölənlər də olacaq, çünki xoşbəxtlikdən insanlar onsuz da ölür", deyə Paşinyan sərsəmləyib.
Lakin, o sərsəmlədiyini dərhal qoyduğu üçün, ifadəsində düzəliş etməyə çalışıb, amma bu da uğursuz alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə