Şimali Koreyadan ABŞ-a çox sərt bir xəbərdarlıq gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Co Baydenin 100 günlük rəhbərliyi dövründə konqresdəki "Şimali Koreya və İranın nüvə proqramları"nın "Amerika təhlükəsizliyi və dünya təhlükəsizliyi üçün ciddi təhdidlər doğurur" söyləməsi Pyonyang rəhbərliyini qəzəbləndirib. Buna qarşılıq olaraq, Şimali Koreya Xarici İşlər Nazirliyi tərəfindən edilən açıqlamada ABŞ Prezidenti Co Baydenin siyasətinin "təcavüzkar" olduğu və "ABŞ-ı çox ağır vəziyyətdə qoyacaq cavab verəcəyik" deyilib.
Qeyd edək ki, Şimali Koreya, ABŞ Prezidenti Baydenin rəhbərliyini düşmən siyasət yürütməkdə günahlandırıb.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB