İqor Korotçenko: “İndi Paris Rusiyanı Zəngəzurdan itələyərək çıxarmağa cəhd edir”
Ermənilərin “Milli-demokratk qütbü” adlı siyasi təşəbbüs qrupu Fransa prezidenti Emmanuel Makrona məktub ünvanlayaraq fransalı, yaxud beynəlxalq sülhməramlılar kontingentinin Ermənistanın cənub sərhədlərinə, daha dəqiq desək, Mehriyə yerləşdirilmələrini istəyiblər.
Bununla bağlı Rusiya politoloqu İqor Korotçenko “Kavbyuro” teleqram kanalına müsahibə verib və qeyd edib ki, Paris destruktiv mövqedə dayanıb və sülhməramlıların həmin ərazilərdə yerləşməsi mümkünlüyü neqativ xarakter ala bilər.
Politoloq: “Biz görürük ki, hansısa partiyalar fransalı sülhməramlıları Zəngəzura dəvət edirlər”
“Hazırda Paris Rusiyanı “dqr” adlandırılan hansısa qalıqların legitimləşdirilməsinə doğru çəkməyə çalışır ki, bu qalıqlara yuridik status qazandıra bilsin”, deyən Korotçenko bildirib ki, regionun blokadadan çıxarılması və Zəngəzur dəhlizinin yaradılması regionu tamamilə dəyişir, ona görə də indi Paris Rusiyanı Zəngəzurdan itələyərək çıxarmağa cəhd edir: “Region üçtərəfli bəyanatın nəticələrinə əsasən blokadadan çıxarılmalıdır ki, iqtisadi layihələrin icrasına başlanılsın. İndi üçtərəfli bəyanatın sürünən reviziyasının cəhdi gedir, Fransa bu məsələdə maraqlıdır, belə ki, Ermənistanda fransapərəst radikal qüvvələr fəallaşırlar. Məhz onlar ilk olaraq “Bura sizə Armavir deyil” tipli anti-Rusiya aksiyalarını başlatdılar, sonra isə biz görürük ki, hansısa partiyalar fransalı sülhməramlıları Zəngəzura dəvət edirlər. Bütün bunlar bir zəncirin düzülüşüdür”, Korotçenko məsələyə münasibətini açıqlayarkən deyib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB