Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika rəhbərliyinə Rusiya ilə dialoqda "amma" sözündən istifadəni ən azı müvəqqəti də olsa yığışdırmağı tövsiyə edib. SİA xəbər verir ki, mətbuat katibi bu sözləri "Birinci kanal" efirdə müsahibə zamanı deyib.
"Biz bir sammit istəyirik, amma Rusiya hər şeyi ödəyəcək. Bu ifadədə "amma" bir müddət dayandırılmalıdır", deyə Peskov açıqlayıb.
Kremlin sözçüsü, ABŞ-ın mütəmadi şəkildə Rusiyanı cavabdeh kimi qələmə vermək istəməsinin anlayışsızlıq olduğunu bəyan edib.
"Bu, ən çox sevilən bir ifadəyə çevrilib. Bəzən adamda elə təəssürat yaranır ki, sanki onlar Rusiyadan sadəcə mövcud olması faktına görə hesabat tələb edir, ödəniş etməsini istəyirlər", deyib Peskov.
O, bundan əlavə, Vaşinqtonun Moskvaya qarşı strategiyası ilə bağlı bir suala da cavab verib. Onun sözlərinə görə, Co Baydenin, Rusiya cavab verəcək və ödəyəcək sözlərini rəhbər tutaraq bədbin olmaq da olar, maraqların üst-üstə düşdüyü ikitərəfli əməkdaşlıq ehtimalı ilə əlaqədar sözlərinə etibar edib, nikbin olmaq da mümkündür.
"ABŞ tərəfdaşlarına və ya əleyhdarlarına, bizim şəxsimizdə bu vəziyyətdə nəticə çıxarmaq imkanı vermir. Vaşinqtonun əsl niyyətləri budur. Ümid edirik ki, həqiqi niyyətlər bir şəkildə aydınlaşdırılacaq", deyə mətbuat katibi əlavə edib.
Xatırladaq ki, son vaxtlar Rusiya ilə ABŞ arasındakı münasibətlər açıq bir böhran içindədir. Baydenin Rusiya lideri Vladimir Putinlə əlaqəli diplomatik olmayan açıqlamalarından, yeni sanksiyalardan və Vaşinqtonun Rusiya səfirliyinin on işçisini qovmasından sonra pisləşib. Moskva da buna cavab olaraq on amerikalı diplomatı qovub, qalanların sərbəst gəzməsini qadağan edib və Ağ Ev rəsmilərinə həm keçmiş, həm də indiki şəxslərə qarşı sanksiyalar tətbiq olunub. Eyni zamanda, Xarici İşlər Nazirliyi Vaşinqtonun sanksiya kursunun iki ölkə xalqlarının maraqlarına cavab vermədiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB