Nazirlərin Qarabağ ətrafındakı vəziyyəti müzakirəsi barədə Rusiya mətbuatı yazır

Nazirlərin Qarabağ ətrafındakı vəziyyəti müzakirəsi barədə Rusiya mətbuatı yazır

Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Dağlıq Qarabağla bağlı razılaşmaların həyata keçirilməsini və yaxın gələcəkdə yüksək səviyyəli təmasları müzakirə edib. SİA xəbər verir ki, nazirlər arasında baş tutan telefon danışığından sonra Rusiya Xarici İşlər Nazirliyinə istinadən bu barədə RİA Novosti məlumat yayıb.
"Xarici əlaqələr orqanlarının rəhbərləri qarşılıqlı əlaqələrin aktual məsələlərini, o cümlədən qarşıdan gələn yüksək səviyyəli təmasları müzakirə ediblər. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və yanvar tarixli razılaşmalarının icrası barədə, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrini açmaq haqda fikir mübadiləsi aparılıb", deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Xatırladaq ki, 2020-ci ilin sentyabr ayının sonunda Ermənistan tərəfinin təxribatları nəticəsində Dağlıq Qarabağda müharibə yenidən başlayıb və 44 gün davam edən döyüşlər Ermənistanın məğlubiyyəti ilə nəticələnib. Atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd edilsə də, 10 noyabr gecəsi əldə edilən üçtərəfli razılaşmanın müvəffəq olduğu ortaya çıxıb. Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması, əsirlərin və ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəlinib. Bundan əlavə, bölgədə rus sülhməramlıları da var.
Onu da diqqətə çatdıraq ki, yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasındakı danışıqlardan sonra Rusiya prezidenti üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi bir işçi qrupu yaradıldığını elan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə