“Şəhid ailələrinə qayğı aksiyası” davam edir

“Şəhid ailələrinə qayğı aksiyası” davam edir

27 aprel 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının rəhbərliyi və fəal üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən Müharibəsində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmış rayonunun Sündü kəndindən Vətən müharibəsində göstərdiyi şücaətlərə, “Suqovuşanın azad olunmasına” görə və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Şəhid Qaçayev Röyal Fərman oğlunun və I-Qarabağ müharibəsində şəhid olmuş Məlikov İlyas Səlim oğlunun məzarını ziyarət edərək tər gül dəstələri qoyuldu.

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev ziyarət zamanı qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdiyini qeyd etdi.. Azərbaycanın igid əsgər və zabitləri Vətən Müharibəsində elə bir şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı əbədi yaşayacaq, nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaq. Sonra Şəhid Məlikov İlyas Səlim oğlunun ailəsini ziyarət edərək Şəhidin bacısı Məlikova Sevil Səlim qızı ilə görüşdülər.Şəhid ailəsinin qayğıları ilə maraqlandılar.

Şəhid Məlikov İlyas Səlim oğlunun bacısı Məlikova Sevil Səlim qızı dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər. Sonda Şəhid ailəsinə maddi yardım və ərzaq bağlaması təqdim olundu.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə