Fransa “cadugər ovuna” çıxıb

Fransa “cadugər ovuna” çıxıb

Fransanın Valans şəhərinin meri Nikola Draqon bələdiyyə üzrə məsləhətçi, milliyyətcə türk olan Yasin Yıldırımın istefaya getməsini tələb edib. SİA xəbər verir ki, o tələbini sosial şəbəkə vasitəsi ilə irəli sürüb. İstefanın səbəbi isə Yasin Yıldırımın qondarma erməni soyqırımını inkar edən statusa bəyənmə işarəsi ilə rəy bildirməsidir.

Bu hadisədən isə belə nəticə çıxarmaq olar ki, Valans şəhərinin ermənipərəst merinin həmin məsələdəki narazılığı və istefa çağırışı bütövlükdə Fransada “cadugər ovu”na start verib və saxta erməni soyqırımına qarşı çıxan, eləcə də müxtəlif səlahiyyətli vəzifələrdə çalışan türklər, həmçinin onlarla eyni mülahizələri bölüşən şəxslər dərhal hədəfə alınırlar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə