"Hər zaman Türkiyənin yanındayıq və haqlı mövqeyini dəstəkləyirik"

"Hər zaman Türkiyənin yanındayıq və haqlı mövqeyini dəstəkləyirik"

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

ABŞ prezidenti Co Baydenin 1915 hadisələri ilə bağlı “soyqırım” ifadəsini işlətməsi tarixi saxtalaşdırmaqdır. Bu qərar Türkiyənin dünyada artan nüfüzuna siyasi təsir vastəsidir. Lakin bunun Türkiyə üçün ciddi hüquqi-siyasi nəticələr doğuracağını düşünmürəm. Əksinə bu qərar uzun müddət ərzində ABŞ-a öz mənfi təsirini göstərəcəkdir. Türkiyə kimi bir müttəfiqi itirmək ABŞ diplomatiyasının böyük səhvidir. Co Bayden əgər soyqırım görmək istəyirsə, çox uzağa yox elə illərdir müdafiə etdiyi ermənilərin törətdiyi qırğınlara nəzər salsın. Aydın məsələdir ki, bu Türkiyəyə qarşı atılmış qərəzli addımdır. ABŞ-ın bu mövqeyi gələcəkdə dövlətlərarası siyasət üçün olduqca yanlış bir addım oldu. Özəlliklə bölgədə vəziyyət sabitləşməyə doğru gedərkən bu addımın atılması qəbuledilməzdir. Türkiyəyə edilən bu təyziq tənəzzülə doğru gedən Ermənistanın,erməni xalqının ziyanınadır. Azərbaycan olaraq hər zaman qardaş Türkiyənin yanındayıq və haqlı mövqeyini dəstəkləyirik. Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Həqiqət, reallıq ortadadır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə